Ağdaş rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Ağdaş rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 26 iyul 2016 15:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İyulun 27-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR