Dövlət Xidməti “Əsgərə məktublar” adlı yazı müsabiqəsi elan edib

Dövlət Xidməti “Əsgərə məktublar” adlı yazı müsabiqəsi elan edib
# 08 yanvar 2016 15:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə KİV nümayəndələri arasında “Əsgərə məktublar” adlı yazı müsabiqəsi elan edib.

Xidmətdən APA-ya verilən məlumata görə, müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Müsabiqəyə 2015-ci ilin dekabr ayının 7-dən start verilib və 2016-cı ilin yanvar ayının 18-dək davam edəcək. Bu müddət ərzində qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq. Yazılar 3 min işarədən çox olmamalı və məktub janrında yazılmalıdır. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalıdır.

Jurnalistlərdən müsabiqə üçün təqdim olunacaq yazıları yanvarın 18-dək elektron formada (yazının linki əlavə edilməklə) info@seferberlik.gov.az ünvanına göndərmələri xahiş olunur.

Müsabiqənin qalibləri - I yer - 500 manat, II yer – 300 manat, III yer – 200 manat məbləğində mükafat alacaqlar. Bundan başqa müsabiqədə həvəsləndirici mükafatlar da nəzərdə tutulub. (10 mükafat – 100 manat ) Həmçinin müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR