Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların bəzi detallarını açıqlayıb

Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların bəzi detallarını açıqlayıb
# 26 avqust 2016 08:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyulda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupunun iclası keçirilib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında bildirib ki, iclasda Azərbaycanın xarici ticarət rejimi müzakirə olunub: "Artıq bizim hansı öhdəlikləri üzərimizə götürməli olduğumuz məsələlər üzrə sənədlərin hazırlanması prosesi gedir.

İclas kifayət qədər aktiv keçdi. Həm ABŞ, həm də Aİ tərəfdən çoxsaylı suallar var idi. Hələlik onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupunun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq".

Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqları qeyd edib: "Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir.

Biz hesab edirik ki ÜDM-in 10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının daxili dəstəklənməsi üçün 1 milyard dollar, işğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard dolların ayrılmasına razılıq vermələrini istəyirik.

Qazaxıstanla da ikitərəfli görüşlər keçirilib. Rusiya və Səudiyyə Ərəbistanı ilə isə əvvəl aparılan danışıqların davamı olaraq müzakirələr başlayıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR