Vuçiç: Serbiya NATO-nun Kosovodakı qüvvələrinin fəaliyyətini dəstəkləyir

Vuçiç: Serbiya NATO-nun Kosovodakı qüvvələrinin fəaliyyətini dəstəkləyir
# 12 oktyabr 2023 03:44 (UTC +04:00)

Serbiya NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) fəaliyyətini dəstəkləyir.

APA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda NATO-nun Neapoldakı Müttəfiq Birgə Qüvvələrinin komandanı admiral Stüart Benjamin Munşla görüşdə deyib.

“KFOR-dan öz qərəzsiz mövqeyini qoruyub saxlamasını və bölgədəki təhlükəsizlik vəziyyətini pozacaq hər hansı hadisəyə dərhal müdaxilə etməsini gözləyirik. Kosovoda serblərin onsuz da ağır olan vəziyyətinin ciddi şəkildə pisləşməsindən narahatam”, – deyə Serbiya Prezidenti bildirib.

A.Vuçiç görüşdə Qərbi Balkan regionunda və Yaxın Şərqdəki son hadisələrin müzakirə olunduğunu əlavə edib.

Qeyd edək ki, son dövrlərdə Kosovonun şimalında baş verən hadisələr Belqrad və Priştina arasında gərginliyi yenidən artırıb. NATO bu vəziyyət fonunda KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR