Ukraynalı xilasedicilər Xarkovda bombalanma nəticəsində dağılmış binaların altından 15 nəfərin meyitini çıxarıblar.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, axtarış xilasetmə işləri 2 gündür fasiləsiz aparılır. Hadisə yerinə 75 nəfərlik şəxsi heyət və 13 texnika cəlb olunub.
Qeyd edək ki, avqustun 17-də İskəndər raketinin düşməsi nəticəsində Xarkovda bir neçə bina dağılıb.