1700-dək şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edib

1700-dək şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edib
# 27 oktyabr 2017 20:12 (UTC +04:00)

Bu günədək 1681 şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edərək İspaniyanın digər bölgələrinə üz tutub.

APA-nın xəbərinə görə, bu barədə “La Vanguardia” qəzeti xəbər verib.

Məlumata görə, oktyabrın 2-dən başlayan işgüzar dairələrin axını bu günədək davam edir.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR