“Stadler” şirkəti Gürcüstanda zavod inşa edəcək

“Stadler” şirkəti Gürcüstanda zavod inşa edəcək
# 15 fevral 2018 13:14 (UTC +04:00)

İsveçrənin “Stadler Rail AG” şirkəti Gürcüstanda vaqon istehsalı və təmiri zavodu inşa edəcək.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə şirkətin prezidenti Peter Şpulerlə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili arasında keçirilmiş görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, zavod "Gürcüstan Dəmir Yolları" şirkətini və Tbilisi metrosunu vaqonlarla təmin edəcək. Müəssisə ixrac sifarişləri də qəbul edəcək.

Zavodun inşası üçün Tbilisi ətrafında yerləşən torpaq sahələri nəzərdən keçirilir.

Qeyd edək ki, ötən il “Stadler Rail AG” şirkəti Gürcüstana investisiya yatırmağa maraq göstərib. Bununla bağlı şirkətlə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR