"Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev “Əməkdar jurnalist” adına layiq görülüb

"Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev “Əməkdar jurnalist” adına layiq görülüb
# 10 fevral 2015 12:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev “Əməkdar jurnalist” adına layiq görülüb.

APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Jurnalistlər İttifaqı məlumat yayıb.

Qeyd edək ki, İ. Əliyev 1965-ci ildə Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 1970-ci ildən indiyədək "Gürcüstan" qəzetində çalışır. O, ilk öncə korrektor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri, məsul katib və sonra baş redaktor vəzifələrində çalışıb. İ. Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. O, 2004-cü ildən 2014-cü ilədək AzərTac-ın Gürcüstan müxbiri vəzifəsində çalışıb. Bu ildən "Gürcüstan" qəzetinin redaktoru təyin edilib.

İ. Əliyev mətbuatda səmərəli fəaliyyətinə görə, Gürcüstan dövlətinin digər mükafatları ilə də təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR