Tiflisdə “Gənclərlə iş sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” adlı beynəlxalq konfrans keçirilir - FOTO

 Tiflisdə “Gənclərlə iş sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” adlı beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 01 iyul 2014 15:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflisdə Şərq Tərəfdaşlığı ölkələrinin və beynəlxalq təşkilatların iştirakı ilə “Gənclərlə iş sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Gürcüstanın gənclər və idman naziri Levan Kipiani gənclərlə bağlı iş sahəsində əməkdaşlığa dair layihənin 2012-ci ildən başlandığını və 2015-ci ildə başa çatacağını bildirib.

O qeyd edib ki, layihənin əsas məqsədi gənclər siyasətinin konstruktiv işənib hazırlanması, Şərq Tərəfdaşlığı ölkələrinin subyektlərini birləşdirəcək və gənclər siyasəti sahəsində regional şəbəkənin yaradılmasıdır.

Tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukrayna nümayəndələrinin çıxışları dinlənilib. Azərbaycanın Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxışı zamanı bildirib ki, Azərbaycan əhalisinin 31 faizi 14-29 yaşlı gənclər təşkil edir.

Ölkəmizdə gənclərlə bağlı dövlət proqramının koordinasiyasında 32 dövlət qurumunun iştirak etdiyini deyən İ.Hacıyeva bu gün Azərbaycanda 300-dək gənclər təşkilatının, 39 Gənclər Evinin fəaliyyət göstərdiyini qeyd edib.

İ.Hacıyeva APA-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanın 33-dən çox gənclər təşkilatı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan təşkilatlarının təşəbbüsü ilə Bakıda baş qərargahı yerləşən 5 beynəlxalq platforma yaradılıb. Onların arasında GUAM ölkələri gənclər təşkilatı, Türk Gənclər Birliyi, Türk Gənc Yazarlar Birliyi və Böyük İpək Yolu ölkələrinin gənclər təşkilatı var. Bu təşkilatlarda 30-dan çox ölkə təmsil olunur.

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani isə APA-ya açıqlamasında tədbirin əhəmiyyətini önə çəkib: “Bu, Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişi imzaladıqdan sonra Şərq Tərəfdaşlığı ölkələrinin gənclərlə bağlı keçirdiyi ilk tədbirdir. Biz gənclərlə bağlı siyasət naminə bir çox əhəmiyyətli və vacib layihələr həyata keçirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR