Abdulla Gül gecə prezident iqamətgahına yaxınlaşan nümayişçilərə qaz atılmaması üçün polisə təlimat verib

Abdulla Gül gecə prezident iqamətgahına yaxınlaşan nümayişçilərə qaz atılmaması üçün polisə təlimat verib
# 04 iyun 2013 08:23 (UTC +04:00)

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə mayın 31-də gecə baş verib. İstanbulun Taksim meydanında etiraz aksiyası keçirənlərə dəstək məqsədilə Ankarada küçələrə çıxan kütlələrin bir qrupu prezidentin Çankaya iqamətgahına doğru yönəlib. Polis onların qarşısını kəsərək iqamətgaha yaxınlaşmalarına imkan verməyib. Vəziyyətdən xəbərdar edilən A. Gül nümayişçilərə qaz bombaları atılmaması üçün polisə tapşırıq verib. Bir müddət iqamətgahın yaxınlığında gözləyən etirazçılar dinc şəkildə dağılışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR