Abdullah Gül: "Taksim hadisələri Türkiyənin imicinə ziyan vurub"

Abdullah Gül: "Taksim hadisələri Türkiyənin imicinə ziyan vurub"
# 07 avqust 2013 18:19 (UTC +04:00)

Bakı-APA. Türkiyənin rəhbər şəxsləri Taksim hadisələri ilə bağlı açıqlamalar verib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, ölkə prezidenti Abdullah Gül Ramazan bayramı münasibətilə xalqa müraciət edib. O, “Gezi parkı” olaylarından cəmiyyətdə yaranmış gərginliyin Türkiyənin imicinə ziyan vurduğunu qeyd edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan da “Gezi parkı” hadisələrindən danışıb. O, cəmiyyətdə birliyin və bərabərliyinin vacibliyini önə çəkib. “Millət olaraq biz gücümüzü mədəniyyətimizin dəyərlərindən: haqq-ədalətdən alırıq. İnsanları ayırmadan inamlı addımlarla aydın bir gələcəyə doğru gedirik”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR