Afinada miqrantların saxlanıldığı düşərgədə iğtişaşlar olub, 10-dan çox keşikçi yaralanıb

Afinada miqrantların saxlanıldığı düşərgədə iğtişaşlar olub, 10-dan çox keşikçi yaralanıb
# 11 avqust 2013 02:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iğtişaşlar avqustun 10-da nahar zamanı baş verib. Etirazlara səbəb miqrantların düşərgədə saxlanma müddətinin uzadılması olub.

İğtişaşlar zamanı bir neçə döşək və miqranlar üçün nəzərdə tutulmuş otaqlar yandırılıb. Polisin bəyanatına görə, mühafizəçilər tərəfindən iğtişaşlara səbəb ola biləcək heç-bir təhrikedici hərəkətlər edilməyib.

Qeyd olunan obyektdə 1500-dək qanunsuz miqrant saxlanılır. Bunlar əsasən Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR