Aİ-nin Rusiya qarşı yeni sanksiya siyahısına 24 nəfər daxil edilib

Aİ-nin Rusiya qarşı yeni sanksiya siyahısına 24 nəfər daxil edilib
# 11 sentyabr 2014 22:13 (UTC +04:00)

Bakı-APA. Aİ-nin Rusiya qarşı yeni sanksiya siyahısına 24 nəfər daxil edilib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının məlumatında bildirilir.

Siyahıya salınan fiziki şəxslərə Aİ ölkələrinə girişinə qadağa qoyulacaq. Həmçinin onların bank hesabları və digər aktivləri dondurulacaq. Bəyanatda qeyd olunub ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımlarla əlaqəli şəxslərə şamil olunub. Bu şəxslər arasında Donbasın “yeni rəhbərliyi”, Krım hökumətinin üzvləri, Rusiyanın bir sıra vəzifəli şəxsləri və oliqarxları var.

Qeyd edək ki, hazırda sanksiyalar Rusiyanın 50-dən çox vəzifəli şəxsləri və sahibkarlarını əhatə edir. Onların arasında baş nazirin müavini Dmitri Roqozin, FTX rəisi Aleksandr Bortnikov, Federasiya Şurasının spikeri Valentina Matvyienko, Dövlət Dumasının sədri Sergey Narışkin, sahibkarlardan isə Arkadi Rotenberq və Yuri Kovalçuk var.

Yeni sanksiya siyahısının sentyabrın 12-də dərc ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR