Almaniya XİN rəhbəri: “Rusiyanın bütün qoşunlarının və texnikasının Ukraynadan çıxarılmasına dair razılaşma var”

Almaniya XİN rəhbəri: “Rusiyanın bütün qoşunlarının və texnikasının Ukraynadan çıxarılmasına dair razılaşma var”
# 10 sentyabr 2014 04:59 (UTC +04:00)

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer deyib. Rusiya və Ukrayna arasında əldə olunmuş razılaşmaya əsasən, Rusiyanın Ukrayna ərazisində bu vaxtadək qalan bütün əsgərləri və texnikası çıxarılmalıdır. Beynəlxalq ictimaiyyət bunu diqqətlə izləyəcək”, deyə o qeyd edib.

Frank-Valter Ştaynmayer əlavə edib ki, Rusiya Donbasda atəşkəsin tətbiq olunmasına dair Minsk razılaşmasının icrasında öz tövhəsini verməyə borcludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR