Almaniyada qaçqın düşərgəsində kütləvi dava baş verib, 14 nəfər xəsarət alıb

Almaniyada qaçqın düşərgəsində kütləvi dava baş verib, 14 nəfər xəsarət alıb
# 28 sentyabr 2015 11:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniyanın Kassel şəhərindəki qaçqın düşərgələrindən birində gecə saatlarında kütləvi dava baş verib. Nəticədə 3 polis daxil olmaqla, 14 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hüquq- mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.

Kütləvi davada müxtəlif millətlərdən olan 300-dən çox insan iştirak edib. Davanın qida paylanması zamanı iki nəfər arasında baş vermiş mübahisədən sonra başlandığı bildirilir. Dava zamanı taxta dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edilib.

Hadisə yerinə təxminən 50-yə yaxın polis əməkdaşı cəlb olunub. Əvvəlcə polis dava iştirakçılarını sakitləşdirməyə müvəffəq olsa da, bir müddət sonra dava yenidən intensivləşib. Yalnız bir neçə saat sonra polis vəziyyətə nəzarəti ələ ala bilib.

Qeyd edək ki, Kassel qaçqın düşərgəsində 1,5 minə yaxın qaçqın yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR