Almaniyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

Almaniyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb
# 19 yanvar 2018 14:21 (UTC +04:00)

Almaniyada “Frederike” qasırğası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, qasırğa Hollandiya və Belçikada da güclü olub, nəticədə 3 nəfər ölüb.

Dekabrın 18-də başlayan və saatda sürəti 140 km-ə çatan qasırğa qərbi Almaniyada məktəblərin bağlanmasına, yüz minlərlə insanın işıqsız qalmasına və dəmir yolunda nasazlıqların yaranmasına səbəb olub.

Almaniya dəmir yolu şirkəti "Dueutsche Bahn" tərəfindən verilən açıqlamaya görə, dəmir yolu fəaliyyətini bərpa etsə də, müəyyən gecikmələr yarana bilər. Şirkət dəyən ziyanın bir neçə milyon avro olduğunu açıqlayıb. Almaniya Siğorta Birliyi isə sığortalanmış əmlaklara dəyən ziyanın təxminən 500 milyon avro olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR