Ankarada güclü partlayış baş verib, xəsarət alanlar var

Ankarada güclü partlayış baş verib, xəsarət alanlar var
# 01 fevral 2018 19:08 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. APA-nın “Haber Turk”-ə istinadən verdiyi xəbərə görə, insident Çukurambar rayonunda baş verib.

Məlumata görə, partlayış vergi müfəttişliyinin yanında baş verib.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat toxdur. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Son məlumata görə, qaz sızması nəticəsində baş vermiş güclü partlayış nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Bu barədə Ankara valisi Ercan Topaca bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR