Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
# 02 sentyabr 2014 13:49 (UTC +04:00)

APA - nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu İtaliya xarici işlər naziri Federika Mogerini Avropa Parlamentinin xarici işlər komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 5-dək qəbul edilməlidir.

F. Mogerini əlavə edib ki, ötən şənbə günü Milanda Avropa İttifaqı ölkələri liderlərinin sammitində Avropa Komissiyasına Rusiyaya qarşı yeni sanksiyalar barədə təkliflər hazırlamaq tapşırığı verilib: “Yeni sanksiyalar paketi çərşənbə günü hazır olacaq. Sentyabrın 5-dək isə Avropa İttifaqının müvafiq qərarı açıqlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR