Avropa Məhkəməsində islahatları nəzərdə tutan Protokol imzalanma üçün açıq elan olunub

Avropa Məhkəməsində islahatları nəzərdə tutan Protokol imzalanma üçün açıq elan olunub
# 24 iyun 2013 16:26 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, Protokol Avropa Konvensiyasına müəyyən dəyişikləri nəzərdə tutur.

Bu dəyişikliklər arasında iddiaçı şəxsin ölkəsinin məhkəməsində yekun qərar çıxarılandan sonra Avropa Məhkəməsinə müraciət üçün nəzərdə tutulmuş müddət 6 aydan 4 aya endirilib.

Dəyişikliklər AİHM-də islahatlar aparılması, habelə İnterlaken (2010) və İzmir (2011) konfranslarında qəbul olunmuş qərarlar əsasında meydana çıxıb.

Artıq bu gün bu sənədi 19 ölkə imzalayıb, Azərbaycan isə sənədə hələlik imza atmayıb.

Sənəd AŞ-yə bütün üzv ölkələr tərəfindən ratifikasiya olunandan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR