Avropa Parlamentinin qarşısında İran əleyhinə aksiya keçirilib - FOTOSESSİYA

Avropa Parlamentinin qarşısında İran əleyhinə aksiya keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2013 03:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya aksiya iştirakçısı, Güney Azərbaycan Sosial Demokrat Partiyasının (GASDP) sözçüsü Solmaz Bilgin açıqlama verib. Onun sözlərinə görə, piket yerli vaxtla saat 12:30-dan 15:30-dək GALDP, Güney Azərbaycan Demokrat Partiyası (GADP) və əl-Əhvaz Ərəb Cəbhəsinin birgə təşkilatçılığı ilə keçirilib: “Martın 8-də keçirilən aksiyada Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ərəblər iştirak ediblər. Piket iştirakçıları əllərində ingilis dilində yazılmış “South Azerbaijan is not Iran!”, “Self-determination right of nations for South Azerbaijan (Northwest Iran)!”, “All childeren have the right education in their own mother tongue!”, “Iran=prison 35 000 000 Azerbaijani turks!” plakatlarını və İran həbsxanalarında saxlanılan azərbaycanlı və ərəb fəalların şəkillərini, eyni zamanda bayraqlar tutublar. Bundan başqa, aksiyada İran əleyhinə şüarlar səsləndirilib, çıxışlar edilib və nəhayət, piket bəyanatın oxunması ilə başa çatıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR