Avroqrupun Yunanıstanla bağlı iclası keçiriləcək

Avroqrupun Yunanıstanla bağlı iclası keçiriləcək
# 12 avqust 2015 21:24 (UTC +04:00)

Bakı-APA. Avroqrupun nümayəndəsi avqustun 14-də Yunanıstanla bağlı fövqəladə iclasın keçiriləcəyini təsdiqləyib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl Avropa İttifaqı tərəfindən Yunanıstana yeni maliyyə paketinin ayırmasına dair xəbərlər yayılmışdı.

İclasda Yunanıstana 85 milyard avro məbləğində maliyyə yardımının edilməsi barədə qərarın qəbul olunması gözlənilir. Yunanıstan banklarına isə əlavə olaraq 10 milyard avro ayrılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR