Avstriya polisi içərisində 26 miqrantın olduğu yük avtomobilini saxlayıb

Avstriya polisi içərisində 26 miqrantın olduğu yük avtomobilini saxlayıb
# 29 avqust 2015 19:10 (UTC +04:00)

Bakı-APA. Avstriya polisi içərisində 26 qeyri-qanuni miqrantın olduğu yük avtomobilini saxlayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Suriya və Əfqanıstandan olan miqrantlar arasında ağır vəziyyətdə olan 3 az yaşlı uşaq aşkar edilib.

Miqrantları daşıyan 29 yaşlı Rumıniya vətəndaşı hadisə yerindən qaçmağa cəhd etsə də, polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Avstriyada içərisində 70 miqrantın cəsədi olduğu yük avtomobili aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR