Azərbaycan səfiri Gürcüstanda silahlı insident nəticəsində yaralanan azərbaycanlılara baş çəkib

Azərbaycan səfiri Gürcüstanda silahlı insident nəticəsində yaralanan azərbaycanlılara baş çəkib
# 20 oktyabr 2017 15:42 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ötən gecə Marneulidə baş vermiş insident nəticəsində yaralanmış şəxslərin vəziyyəti ilə maraqlanıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, səfir onların qohumları ilə söhbət edib.

Xəstəxananın həkim heyəti səfiri yaralıların vəziyyəti ilə bağlı məlumatlandırıb.

Xatırladaq ki, dünən naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib.

Yerli xəstəxanaya yerləşdirilən yaralılar əməliyyat olunub.

Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, hadisəni siyasi amillərlə əlaqələndirməməyə çağırıb. ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli isə baş verənləri qəbulolunmaz zorakılıq adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR