Bidzina İvanişvili siyasətdən gedəcəyini açıqlayıb

Bidzina İvanişvili siyasətdən gedəcəyini açıqlayıb
# 09 sentyabr 2013 14:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Estoniyada səfərdə olan B. İvanişvili öz missiyasını yerinə yetirdiyini bildirib: “Mən çox yaxşı komanda qoyub gedirəm. Hesab edirəm ki, mənim yeni rolum daha maraqlı olacaq. Siyasətə qayıtmağı qətiyyən düşünmürəm”.

Qeyd edək ki, B. İvanişvili sentyabrın əvvəlində Gürcüstan cəmiyyətinə açıq məktubla müraciət edərək siyasətdən getmək niyyətini ətraflı izah edib. O, vətəndaş cəmiyyətinin inkişafı üçün çalışacağını deyib. Baş nazir öz gedişi barədə əvvəlcədən ictimaiyyəti məlumatlandıracağını və öz yerinə layiqli bir şəxsi hökumət başçısı postuna təklif edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR