Bolnisi rayon icra hakimiyyətinin azərbaycanlı müavini və bələdiyyənin sədri işdən azad edilib - FOTO

Bolnisi rayon icra hakimiyyətinin azərbaycanlı müavini və bələdiyyənin sədri işdən azad edilib - <span style="color: red;">FOTO
# 27 avqust 2013 16:13 (UTC +04:00)

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu rayon icra hakimiyyəti başçısını əvəz edən Murman Kuraşvili bildirib. Onun sözlərinə görə, əmrin icrası sentyabrın 1-dən qüvvəyə minəcək. “Mən Xələddin İsmayılov ilə dostam və dost olaraq qalacam və biz onunla bir işləyəcəyik. Bir az vaxt keçdikdən sonra bilinəcək ki, bu oyun deyil. Biz qanunla iş görürük. Bütün sivilizasiyalı ölkələrdə dövlət vəzifələrində çalışan insanlar dövlət dilini bilməlidirlər. Bunu qanun tələb edir. Mən çox təəssüflənirəm, amma mənim borcum qanuna tabe olmaqdır”.

 

M. Kuraşvili bildirib ki, icra hakimiyyətin əməkdaşları ona ərizə ilə müraciət ediblər. Ərizədə qeyd olunub ki, X. İsmayılov ümumi işə mane olur və problemlər yaradır.

 

Rayon rəhbərliyini əvəz edən M. Kuraşvili  bir qrup Bolnisi şəhər sakinlərinin etiraz aksiyasına da münasibət bildirib: “Mən bunu siyasət adlandırardım. Mən bunu həm də yerlərdə gedən demokratiya adlandırardım. Gürcüstanın baş naziri Bidzina İvanişvili həmişə qeyd edib ki, demokratik proseslər yerlərdən başlanmalıdır. Sözsüz ki, qərarlar da qanuna əsasən qəbul olunmalı, yerli icra hakimiyyəti də rayonu daha fəal və daha şəffaf idarə etməlidir. Əlbəttə, proseslər çətin gedir, belə desək, demokratiya doğulur. Demokratiya yuxarıdan ola bilməz, yuxarıdan yalnız hərəkətə etməyə icazə verilə bilər. Bu, əsl demokratiyadır”.

 

M. Kuraşvili Bolnisi əhalisinin 75 faizinin azərbaycanlı olduğunu, 40-a qədər kənddə azərbaycanlıların yaşadığını bildirib: “Mən əgər müsabiqədən keçib rayon icra hakimiyyətinin başçısı seçilərəmsə, azərbaycanlıların problemlərinin həllinə çalışacaq, onların gürcü cəmiyyətinə inteqrasiyasına çalışacağam. Əlbəttə, indi azərbaycanlı gənclər dövlət dilini yaxşı bilir, yaşlı insanlar isə bu dildə danışmaqda çətinlik çəkirlər. Mən azərbaycanlı əhalinin yanında böyümüşəm, Bakıda dostlarım çoxdur”.

 O, X. İsmayılovla birlikdə siyasi hərəkatda olduğunu vurğulayıb: “İndi sizə elə gələ bilər ki, onun vəzifədən azad olunması diskriminasiya hərəkətləridir. Lakin bu məsələyə dərindən baxsaq, aydın olur ki, dili bilmək vacibdir. Bu, azərbaycanlı vətəndaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyanın bir elementidir. Dili bilmədən inteqrasiya mümkün deyil. Əlbəttə, azərbaycanlılar öz dilini, adət-ənənələrini bilməlidirlər. Gənclik fəal olaraq gürcü dilini öyrənir və gürcü cəmiyyətinə inteqrasiya olunur. Məsələn, Kaspi, Msxeta, Saqareco rayonunda yaşayan azərbaycanlılar artıq gürcü cəmiyyətinə inteqrasiya olunublar”.

 

Vəzifədən azad olunan Bolnisi Rayon İcra Hakimiyyətinin başçısının müavini Xələddin İsmayılov APA-ya açıqlamasında onun vəzifədən azad edilməsi ilə razılaşmadığını bildirib. “Məni işdən qeyri-qanuni çıxarıblar. Mən rayonda yaşayan azərbaycanlıların problemləri ilə məşğulam. Onların istəyi rayonda qarşıdurma yaratmaq idi. Mən məhkəməyə müraciət edəcəyəm”.

 

Bolnisi rayon bələdiyyəsinin üzvü, iqtisadiyyat komissiyasının rəhbəri Coni Xetsuriani APA-ya açıqlamasında  Bolnisi rayon bələdiyyəsinin iflic vəziyyətində olduğunu və artıq işləməyin mümkün olmadığını bildirib: “Bir neçə qrup bələdiyyə sədrini başqa yola çəkmək istəyirdilər. Biz Gürcüstan qanunları ilə bu gün qərar qəbul edərək bələdiyyə sədri Malxaz Eradzeni  vəzifəsindən azad etdik.  İndi onu bələdiyyə sədrinin müavini Qara Gülməmmədov əvəz edəcək”.

 

Dünən və bu gün səhər tezdən Bolnisidə etiraz aksiyası keçirmək istəyən iştirakçılar isə APA-ya açıqlama verməkdən imtina ediblər.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR