Böyük Britaniya hökuməti Şotlandiyaya maliyyə sərbəstliyi vəd edir

Böyük Britaniya hökuməti Şotlandiyaya maliyyə sərbəstliyi vəd edir
# 08 sentyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Böyük Britaniya hökuməti maliyyə məsələlərində Şotlandiyaya sərbəstlik verə bilər.

APA - nın “Time” saytına istinadən verdiyi məlumata görə, Britaniyanın maliyyə naziri Corc Osborn bildirib ki, şotlandlar referendumda müstəqillik əleyhinə səs versələr, Şotlandiya vergi və büdcənin idarə olunması məsələlərində muxtariyyət əldə edəcək.

Xatırladaq ki, sentyabrın 18-də Şotlandiyada müstəqillik haqqında referendum keçiriləcək.

Şotlandlar arasında keçirilən sorğuların nəticələrinə görə, onların 49 faizi müstəqilliyin əleyhinədir, 51 faiz isə Şotlandiyanı müstəqil ölkə kimi görmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR