Çexiya parlamenti prezidenti dövlətə xəyanətdə ittiham edib

Çexiya parlamenti prezidenti dövlətə xəyanətdə ittiham edib
# 04 mart 2013 17:49 (UTC +04:00)

Bakı-APA. Çexiya senatı (parlamentin yuxarı palatası) prezident Vatslav Klausu dövlətə xəyanətdə ittiham edərək müvafiq şikayət ərizəsi ilə Konstitusiya məhkəməsinə müraciət etmək qərarına gəlib. Bu barədə APA ÇTK agentliyinə istinadən məlumat verir.

Qərarın lehinə 38 deputat səs verib, 30 nəfər isə əleyhinə olub.

Senatı belə bir qərar qəbul etməyə prezidentin Yeni illə bağlı elan etdiyi əfv olub. Əfvin sayəsində bir sıra yüksək vəzifəli şəxslər barədə fırıldaqçılıq ittihamı ilə başlanılmış istintaqlar dayandırılıb. Bundan əlavə, senatorlar hesab edirlər ki, Klaus qanunların imzalanmasını ləngidir və Konstitusiya məhkəməsinin hakimlərinin təyinatını gecikdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR