Çexiya suriyalı müxaliflərə silah verilməsinin əleyhinədir

Çexiya suriyalı müxaliflərə silah verilməsinin əleyhinədir
# 12 mart 2013 01:55 (UTC +04:00)

Bakı-APA. Çexiya Suriya müxalifətinə silah verilməsinə qarşıdır. APA-nın məlumatına görə, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberq belə bir bəyanatla çıxış edib.

«Mən müxaliflərə silah verilməsi qarşı çıxıram. Mən artıq dəfələrlə bu barədə demişəm və sözümün üzərində dururam. Orada silah onsuz da çoxdur», deyə nazir bildirib.

Şvarsenberqin fikrincə, Avropa İttifaqı Suriya münaqişəsinin həlli üçün çox iş görə bilməz. «Biz yalnız danışıqları dəstəkləyə bilərik», deyə o əlavə edib.

Nazirin sözlərinə görə, Suriyaya əcnəbi qoşunların yeridilməsi heç nəyi həll etməyəcək və tərəflərə təzyiq göstərərək onları danışıqlar masası arxasında oturtmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR