Çexiyada parlament buraxıla bilər

Çexiyada parlament buraxıla bilər
# 08 avqust 2013 02:18 (UTC +04:00)

Bakı-APA. Çexiyalı deputatlar bu gün parlamentin buraxılması və növbədənkər parlament seçkilərinin keçirilməsi məsələsini müzakirə edəcək. APA-nın Çexiyanın ÇTK informasiya agentliyinə istinadən verdiyi məlumata görə, sağ yönümlü TOP 09 partiyasının fraksiyası gündəliyə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin daxil edilməsini təklifi edib. Bu, parlamentin Deputatlar Palatasının baş nazir İrji Rusnokun hökumətinə etimad göstərməməsindən sonra baş verib.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını ölkənin ən böyük müxalifət partiyası olan Çexiya Sosial-Demokrat Partiyası da dəstəkləyir.

Deputatlar Palatasının spikeri Miroslava Nemtsova bildirib ki, bu gün səhər saatlarında öncə parlamentin aşağı palatası rəhbərliyinin toplantısı olacaq. Sonra isə parlament fraksiyaları rəhbərləri ilə görüş keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR