Dilçilər Nazarbayevin latın əlifbasına keçidlə bağlı qərarını dəstəkləmir

Dilçilər Nazarbayevin latın əlifbasına keçidlə bağlı qərarını dəstəkləmir
# 17 yanvar 2018 07:02 (UTC +04:00)

Qazaxıstanda dilçilər prezident Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı qərarını dəstəkləmir.

APA-nın “New York Times”-a istinadən verdiyi xəbərə görə, dilçi ekspertlərin əsas şikayəti Latın qrafikasına keçiddən sonra əlifbada apostrof problemi ilə bağlıdır.

Dilçilər nümunə olaraq bildirir ki, latın qrafikasına keçəndən sonra Qazaxıstan Respublikasının adı “Qazaqstan Respy`bli`kasy” kimi yazılacaq. Həmçinin "Albalı" sözü “s'i "i'e” kimi yazılacaq.

Dil komissiyasının rəhbəri Erden Kajıbek deyib ki, qərar barədə eşidəndə alimlər şoka düşüb. Dilçilər bu problemin həlli ilə bağlı bir neçə təklif irəli sürsələrsə də, müsbət cavab almayıblar.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-si ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR