Məşhur DJ vəfat edib

Məşhur DJ vəfat edib
# 10 may 2017 11:31 (UTC +04:00)

Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib.

APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.

Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə “Children” (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb.

R. Mayls 1969-cu ildə İsveçrədə anadan olub. “Children” hitindən sonra o daha beş albomun müəllifi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR