Eduard Şevardnadze iqamətgahında dəfn olunacaq

Eduard Şevardnadze iqamətgahında dəfn olunacaq
# 08 iyul 2014 18:39 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze son illər yaşadığı Krtsanis iqamətgahında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Eduard Şevardnadzenin köməkçisi bildirib.

 

Müstəqil Gürcüstanın ikinci prezidenti 87 yaşlı Eduard Şevardnadze uzun sürən xəstəlikdən sonra iyulun 7-də vəfat edib. Keçmiş prezidentin dəfn mərasimi iyulun 13-ü 15.00-a təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR