Egemen Bağış: “Taksim meydanında nümayişçilərə qarşı kobud rəftar edən polislər cəzalandırılacaq”

Egemen Bağış: “Taksim meydanında nümayişçilərə qarşı kobud rəftar edən polislər cəzalandırılacaq”
# 05 iyun 2013 11:14 (UTC +04:00)

APA-nın trtazerbaycan.com-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış CNN İnternational televiziyasına açıqlamasında deyib.

Taksimdə yerləşən Gəzinti Parkı hadisələri ilə bağlı danışan E. Bağış “Biz 75 milyonun hökumətiyik. Polisin parkdakı ağacları qorumaq istəyən səmimi şəxslərə qarşı kobudcasına bibər qazından istifadə etməsi ilə birlikdə o şəxsləri dəstəkləyənlər də nümayişçi qrupa daxil olub. Sülhməramlı aksiyanı öz xeyri üçün istifadə etmək istəyənlər də var”, deyə bildirib.

E. Bağış insanların problemləri olduğunu və hökumətin də onlara qulaq asacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR