Əli Rza Taşdələn: “Soyqırım” qanunları heç bir formada hüquqi olaraq qəbul edilməyəcək” - MÜSAHİBƏ

Əli Rza Taşdələn: “Soyqırım”  qanunları heç bir formada hüquqi olaraq qəbul edilməyəcək” - <span style="color: red;">MÜSAHİBƏ
# 27 yanvar 2017 19:06 (UTC +04:00)

“Soyqırımı” iddialarına mübarizə aparan Türkiyənin Vətən Partiyasının Fransadakı nümayəndəsi Əli Rza Taşdələnin APA-ya müsahibəsi

- Fransa Konstitusiya Şurası dekabrda Senatın qəbul etdiyi “soyqırım”ı qəbul etməməyi cəzalandıran qanunu ləğv etdi. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?

- 10 ildən çoxdur ki, qondarma “soyqırımı” tanımayanları və “soyqırımı” olmamışdır”- deyənləri cəzalandırmaq üçün qanun qəbul etdirməyə çalışırlar. Bilirsiniz ki, qondarma “soyqırımı” qərarı ilk dəfə Fransa parlamentindən 2001-ci ildə keçdi, qanunu Senata gətirmək üçün 5 il gözlədilər. 2006-cı ildə qanun Senatdan da keçdi. 2011-ci ilin axırında “soyqırım olmamışdır”- deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu parlamentdən, 2012-ci ilin əvvəlində isə Senatdan keçirdilər. Ancaq bizlərin də obyektiv çalışmaları nəticəsində Fransa Konstitusiya Şurası qərarı Senatın qəbul etdiyi qanunu ləğv etdi. Partiyamızın lideri Doğu Perinçek həbsdə ikən onun vəkili Məhmət Cengiz 2008-ci ilin iyununda “Söz və ifadə azadlığını məhdudlaşdırdığına” görə, İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdi. AİHM 17 dekabr 2013-cü ildə Perinçekin şikayətini haqlı görərək İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığına hökm etdi. İsveçrə dövləti AİHM-ə etiraz ərizəsi verdi, Ermənistan da prosesə müdaxilə edərək şikayətçi oldu. Ancaq 28 yanvar 2015-ci ildə AİHM-in Böyük Palatası qərarı qüvvədə saxladı və qərar Avropa Şurasına üzv olan ölkələrdə məcburi şəkildə həyata keçirilməlidir. Ancaq Fransa bunu etmək yerinə, prezident Olandın ermənilərə seçkidə verdiyi sözü yerinə yetirmək məqsədi ilə yeni qanun layihəsini parlamentin gündəminə gətirdi. Əvvəllər Ali Məhkəmənin sədri olmuş Costa, prezidentdən aldığı təlimatla “soyqırımı” olmamışdır”- deyənləri cəzalandırmaq üçün yeni bir qanun layihəsi hazırladı. Bu dəfə biclik etdilər: qanun layihəsini “soyqırımı” adı altında və müstəqil layihə şəklindən hazırlamayaraq, 200-dən çox layihənin olduğu “torbaya” atdılar. Qanun layihəsində “erməni soyqırımı” sözü yox idi, dünyadakı bütün soyqırım və qətliamların tanınması, soyqırımları qəbul etməyənlərə 1 il həbs cəzası və ya 45 min avro pul cəzası verilməsi nəzərdə tutulurdu. ”Torba” layihə dekabrda parlamentdən və Senatdan keçən kimi 60 senator və 60 millət vəkili Konstitusiya Şurasına müraciət edərək, qanunun 1789-cu il insan haqq və azadlıqları bəyannaməsinə zidd olduğunu bildirdilər və ləğvini tələb etdilər. Erməni lobbisinin hiyləgərliyinə qarşı senatorlar və millət vəkilləri “İnsan haqq və azadlıqlarının məhdudlaşdırılma cəhdi”ni ön plana çıxararaq, qanunun siyasi mahiyyətini vurğuladılar. Konstitusiya Şurası sürətlə şikayəti gündəm gətirərək, qanunu yenidən ləğv etdi. Bu, bir daha göstərdi ki, siyasi oyunlar oynamaqla qondarma “soyqırımı” ilə bağlı heç bir nəticə əldə etmək mümkün olmayacaq.

- İstər AİHM Böyük Palatasının 2 il əvvəlki istərsə də Konstitusiya Şurasının son qərarında parlamentlərin tarixi hadisələrlə bağlı qərarlar qəbul edə bilməyəcəyi kimi, siyasi qərarların başqa xalqlara qarşı kin və nifrət yaratdığı, bunun isə suç olduğu qeyd edilib. Bu barədə nə demək istərdiniz?

- Tarixi hadisələrlə bağlı parlamentlərin siyasi qərarlar qəbul etməsi üçün hər hansı hadisə ilə bağlı müstəqil beynəlxalq məhkəmənin hökmü olmalıdır. 1915-ci il hadisələri ilə bağlı heç bir məhkəmənin qərarı olmadığı kimi, AİHM qərarlarında o hadisələrin “soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyinə dair işarələr də mövcuddur. Konstitusiya Şurasının son qərarının əlavələri də əlimdədir. Oradakı şərhlərdə də bu duruma işarə edilir. Ona görə 1915-ci il hadisələrinin məhkəmələr tərəfindən “soyqırımı” kimi qəbul edilmədiyi halda heç kim o hadisələrə siyasi şəkildə “soyqırımı” deməyə həvəslənməməlidir.

- Sizcə, Fransadakı məlum lobbi bir daha qondarma “soyqırımı” ilə bağlı yeni layihə gündəmə gətirəcəkmi?

- Perinçək-İsveçrə çəkişməsində AİHM Böyük Palatasının verdiyi qəti qərar bu işə hüquqi cəhətdən qoyulmuş nöqtədir. Bunu görmək üçün münəccim olmağa gərək yoxdur. Bundan sonra hansı ölkənin parlamenti mənasız şəkildə “soyqırımı” qərarı qəbul etsə, unutmasın ki, AİHM-in Perinçek qərarı kimi bir qayaya rast gələcək. Türkiyənin bu məsələdə başı dikdir və dik durmağa davam etdikcə, ermənilər istər Fransada istərsə dünyada heç bir şeyə nail ola bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR