“Prezident seçkiləri ilə bağlı Dövlət Bağçalının yerli və milli duruşunu vurğulamaq istəyirəm. İnanıram ki, bu duruşla bizi bölmək, parçalamaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Milliyətçi Hərəkat Partiyasının sədri ilə bir araya gəlib, ölkənin problemlərini müzakirə etmələri təbii qarşılanmalıdır: “Biz Dövlət Bağçalı ilə görüşüb, müzakirələr aparacağıq. Bizim bərabər görəcəyimiz çox işlər var. Mən bu baxımdan Dövlət Bağçalının indidən 2019-cu ildə keçiriləcək prezident seçkilərində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. 2019-cu il prezident seçkiləri yerli və milli olanlarla ipi xaricdə olanlar arasında keçəcəyi bəllidir. Bizim yerimiz həmişəki kimi miləttimizin yanıdır”.
Ərdoğan MHP liderinə təşəkkür edib
09 yanvar 2018 10:36 (UTC +04:00)
Avropa
Zelenski: Ukraynanın qələbəsi ilə bağlı plan II Sülh Sammitində təqdim olunmalıdır
19:04
11 sentyabr 2024
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib
19:02
11 sentyabr 2024
Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri ilə görüşüb
18:48
11 sentyabr 2024
İranlı diplomat Rusiyaya raket tədarükünə görə Britaniya XİN-ə çağırılıb
18:22
11 sentyabr 2024