Ərdoğan yeni hökuməti qurmağı Binali Yıldırıma tapşırıb

Ərdoğan yeni hökuməti qurmağı Binali Yıldırıma tapşırıb
# 22 may 2016 19:35 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan yeni, 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.


Bu gün AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR