Ermənistan baş nazirinin mühafizəçilərinin olduğu avtomobil qəza törədib

Ermənistan baş nazirinin mühafizəçilərinin olduğu avtomobil qəza törədib
# 26 fevral 2018 10:28 (UTC +04:00)

Ermənistan baş naziri Karen Karapetyanın mühafizə xidmətinin istifadə etdiyi avtomobil qəzaya uğrayıb.

APA-nın “shamshyan.com” saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında İrəvanda baş verib.

“Hyundai” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olub.

“Hyundai” markalı avtomobilin hökumət aparatının balansında olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR