Ermənistanda İrəvan-Van birbaşa aviareysin təqdimatı keçirilib

Ermənistanda İrəvan-Van birbaşa aviareysin təqdimatı keçirilib
# 15 mart 2013 02:23 (UTC +04:00)

APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən Ermənistanın Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan bəyan edib ki, İrəvan-Van aviareysi Ermənistanla Türkiyə arasında işgüzar əlaqələrin və regionda turizmin inkişafına yardım edəcək.

İrəvan-Van aviareysin Ermənistan tərəfindən təşkilatçısı “Narekavank tur” şirkətinin həmtəsisçisi Armen Ovanisyan, öz növbəsində, qeyd edib ki, reys Ermənistanın Sahibkarlar İttifaqının, ABŞ-ın beynəlxalq inkişaf üzrə agentliyinin, “Avrasiya-əməkdaşlıq” Fondunun və Ermənistanın İqtisadiyyat Nazirliyinin köməyi hesabına reallaşıb.

Qeyd olunub ki, İrəvan-Van- İrəvan birbaşa aviareyslər aprelin 3-dən başlayaraq həftədə iki dəfə həyata keçiriləcək. Biletin qiyməti 250 dollar məbləğində müəyyən olunub. Qeyd olunur ki, birinci ay 20 faiz endirim tətbiq olunacaq – yəni, biletin qiyməti 200 dollar təşkil edəcək.

Bundan başqa, optimal qiymətlərlə üç, dörd və yeddi günlük turpaketlər tətbiq olunacaq.

Qeyd edək ki, İrəvan-Van aviareysinin Ermənistan tərəfindən təşkilatçısı “Narekavank tur” şirkəti, Türkiyə tərəfindən isə - “Boracet” şirkətidir. Reyslər Avropa istehsalı olan “ATR 72-500” təyyarələri ilə həyata keçiriləcək. Uçuşun müddəti 40 dəqiqə təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR