Fransada atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Fransada atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb   - <span style="color: red;">YENİLƏNİB
# 25 avqust 2015 19:39 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “France info” məlumat yayıb.

Məlumata görə, insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Ölənlərin kişi, qadın və bir uşaq olduğu, yaralılardan isə iki nəfərin jandarma əməkdaşı olduğunu bildirilir.

Məlumata görə, atışma səyyah düşərgəsində baş verib.

“RİA Novosti”nin məlumatına görə, insident Bakı vaxtı ilə 19.30-da “Intermarche” supermarketinin qarşısında baş verib.

Qaraçıların yerləşdiyi ərazidə baş vermiş atışma zamanı ölənlərin qaraçı olduğu bildirilir. İnsident nəticəsində bir uşaq və iki jandarm yaralanıb. Dördüncü yaralının isə atışma törədən şəxs olduğu bildirilir.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR