Fransada qar uçqunu nəticəsində 4 alpinist ölüb

Fransada qar uçqunu nəticəsində 4 alpinist ölüb
# 06 mart 2013 02:06 (UTC +04:00)

Bakı-APA. Fransada martın altısında baş vermiş qar uçqunu nəticəsində 4 alpinist ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub qərbində Krevu rayonunda qeydə alınıb.

Alpinistlər qar uçqunu baş verən zaman 2,6 min metr hündürlükdə mürəkkəb marşrut üzrə hərəkət ediblər.

Alpinistləri müşayiət edən bələdçi sağ qalıb. O xilasediciləri köməyə çağırıb, lakin havaya qalxan helikopter kəskin hava şəraiti səbəbindən uçuşu dayandırmalı olub. Xilasedicilər hadisə yerinə piyada yollanıb və gec gəldiklərinə görə alpinistlərin köməyinə çata bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR