Fransada sərnişin qatarı yanıb

Fransada sərnişin qatarı yanıb
# 21 avqust 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Fransanın Lion şəhəri yaxınlığında “Paris-Marsel” marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarında yanğın baş verib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə yerinə 80 yanğınsöndürmə briqadası cəlb edilib.

Məlumata görə, yanğın baş verən zaman qatarda 800-dək sərnişin olub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR