G-7 növbəti sammitini Brüsseldə keçirmək barədə qərar qəbul edib - VİDEO

G-7 növbəti sammitini Brüsseldə keçirmək barədə qərar qəbul edib - <span style="color: red;">VİDEO
# 24 mart 2014 20:49 (UTC +04:00)

APA-nın Fransa KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiyanın iştirakı olmadan keçiriləcək sammitin yeri bəlli olub. Sammit Brüsseldə olacaq.

Artıq “G-7” formatında toplaşan liderlər Ukraynadakı son prosesləri dəyərləndirmək üçün Hollandiyada toplaşıblar.

Qeyd edək ki, bundan əvvəl keçirilmiş toplantıda növbəti sammitin Soçidə keçirilməsi barədə qərar verilib. Lakin Rusiya ilə Ukrayna arasında baş verən son hadisələrdən sonra Rusiyanın bu formatda iştirakına veto qoyulub və sammitin Soçidə keçirilməsindən imtina edilib.

Məsələyə münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin bu sammitdən xaric edilməsinin mümkün olmadığını deyib: “G-8 qeyri-formal bir klubdur, üzvlük haqqında sənəd orada heç kim üçün yazılmır. Ona görə də “Böyük səkkizlikdən” kimisə qovmaq mahiyyətcə mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR