Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında kişi meyiti tapılıb

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında kişi meyiti tapılıb
# 02 iyul 2018 11:08 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunda, Azərbaycanla sərhəddə yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsi yaxınlığında çayda kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun Gürcüstanın Fövqəladə halların idarə olunması Xidmətinə istinadən verdiyi xəbərə görə, məlum olub ki, bu, iyunun 25-də Rustavi şəhərində Kür çayında çimərkən itkin düşmüş şəxsin meyitidir.

Xilasetmə işləri 7 gün davam edib.

Kür çayında batmış şəxsin 28 yaşlı Gürcüstan vətəndaşı Laşa Tsabadze olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR