Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin Yunanıstanda saxlanılması barədə məlumat yayıb - VİDEO

Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin Yunanıstanda saxlanılması barədə məlumat yayıb - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 20:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, Baş Prokurorluğun məlumatına görə, keçmiş prezident bir neçə saat ərzində yunan polisinin nəzarəti altında olub.

“Sentyabrın 1-də Gürcüstan Baş Prokurorluğuna Yunanıstanın hüquq-mühafizə orqanları tərəfindən daxil olan məlumata əsasən, Mixail Saakaşvili Yunanıstan ərazisindən keçməyə cəhd edərkən yerli polis tərəfindən nəzarətə alınıb. Lakin Saakaşvili barəsində beynəlxalq axtarış elan olunması ilə bağlı “qırmızı sirkulyar” verilmədiyindən Yunanıstan polisi onu bir neçə saatdan sonra azad etməli olub”, deyə Gürcüstan Baş Prokurorluğunun məlumatında bildirilir.

Məlumatda, həmçinin, qeyd olunub ki, Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı lazımi sənəd paketi artıq İnterpola göndərilib.

Qeyd edək ki, bir neçə gün öncə Mixail Saakaşvilinin partiyasının üzvləri ilə birlikdə Türkiyə ərazisində Gürcüstanın “Sarp” sərhəd keçid məntəqəsinin bir neçə yüz metrliyində toplantı keçirməsi barədə video görüntü yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR