Gürcüstan DİN-i Pankisi dərəsində xüsusi əməliyyat keçirib

Gürcüstan DİN-i Pankisi dərəsində xüsusi əməliyyat keçirib
# 15 iyun 2015 02:11 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan 5 nəfər həbs olunub.

"Rustavi 2" televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu və İŞİD-in Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb.

Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın daxili işlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR