Gürcüstan nümayəndə heyətinin Moskvaya səfəri təxirə salınıb

Gürcüstan nümayəndə heyətinin Moskvaya səfəri təxirə salınıb
# 23 mart 2013 18:38 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın kənd təsərrüfatı nazirliyinin nümayəndə heyətinin Rusiyaya səfəri təxirə salınıb. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Rusiya tərəfi vizaların verilməsini yubatması səbəbindən səfərin vaxtı martın 25-dən aprelin 1-nə keçirilib.

Məlumata görə, görüş Moskvada aprelin 2-də baş tutacaq.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti Moskvaya yerli malların Rusiya bazarlarına qaytarılması məsələsi ilə bağlı danışıqları davam etmək məqsədi ilə yollanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR