Gürcüstanda “qanuni oğrular”a qarşı cəzalar sərtləşdirilir

Gürcüstanda “qanuni oğrular”a qarşı cəzalar sərtləşdirilir
# 29 yanvar 2018 11:45 (UTC +04:00)

Gürcüstanda “qanuni oğrular”a qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

O bildirib ki, DİN “oğru dünyası”na qarşı intensiv tədbirləri davam etdirir: “Bu istiqamətdə qanunvericiliyə əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır. Hazırlanmış qanun layihəsi cəza mexanizminin tətbiq olunduğu cinayət əməllərinin dairəsini genişləndirir”.

DİN rəsmisinin sözlərinə görə, layihəyə əsasən, “oğru dünyası”nın fəaliyyətinə dəstək, “oğru yığıncaqları”nın təşkili, “oğru dünyası”nın üzvünə, həmçinin “qanuni oğru” adlandırılan şəxslərə müraciət cinayət hesab olunur. Bununla yanaşı, “oğru dünyası”na üzvlüyə görə cəza da sərtləşdirilir”.

N. Mezvrişvili qanun layihəsinin yaxın vaxtlarda müvafiq qurumlara təqdim olunacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR