Gürcüstanda azərbaycanlıların dövlət dilini öyrənməsi üçün innovativ metod hazırlanıb

Gürcüstanda azərbaycanlıların dövlət dilini öyrənməsi üçün innovativ metod hazırlanıb
# 26 fevral 2018 16:21 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların dövlət dilini öyrənməsi üçün innovativ metod hazırlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsində keçirilən görüşdə müvafiq layihənin təqdimatı keçirilib.

Layihənin tərəfdaşı olan Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva bildirib ki, innovativ metodun ilk olaraq azərbaycanlıların yaşadığı bölgələrdə, əsasən kənd yerlərində tətbiqi nəzərdə tutulub: “Vizual və digər effektlərin tətbiq olunacağı metod vasitəsilə gürcü dilini öyrənmək daha maraqlı və əyləncəli olacaq. Layihə yalnız məktəblilər üçün deyil, gürcü dilini öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub. Vizual effektlərə görə gürcü dilini öyrənənlər onu daha yaxşı mənimsəyə biləcəklər”.

Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitənin sədri Mariam Caşi innovativ metodu müsbət qiymətləndirib. Layihəni maraqlı təşəbbüs adlandıran M.Caşi onun pilot layihə olaraq Kvemo Kartli bölgəsində tətbiq olunmasının mümkün olduğunu bildirib: “Layihəyə Marneulidə start vermək olar və rayon bələdiyyəsi onun tətbiq edilməsində fəal olmalıdır. Gələcəkdə layihəni məktəb kitabxanalarında da həyata keçirmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR