Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə baş verən yanğın lokallaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2018 21:58 (UTC +04:00)

Gürcüstanın Sadaxlı kəndində Ermənistanla sərhəddə baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə istinadla xəbər verir ki, yanğın nəticəsində Gürcüstan ərazisində 20 hektar, Ermənistan ərazisində isə 50 hektar sahə yanıb.

Yanğının söndürülməsinə 12 yanğınsöndürən maşın və 120 yanğınsöndürən cəlb olunub.

***

21:39

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində yanğın baş verib.

APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə istinadla xəbər verir ki, yanğın 10 hektar sahəni əhatə edir.

Yanğının söndürülməsinə 150 yanğınsöndürən cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR