Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixana açılıb

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixana açılıb
# 23 fevral 2018 17:26 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Əzizkənd kəndində müasir istixana təsərrüfatı açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, “Hazır şitil” adlı təsərrüfat Avropa standartlarına cavab verir və yüksək texnologiyalarla təchiz olunub.

“Gürcüstanda istehsal et” dövlət proqamı və “Vahid Aqrolayihə” çərçivəsində yaradılmış təsərrüfata 1,8 mln. dollardan çox investisiya yatırılıb. Məbləğin 442 min dollarını güzəştli kredit təşkil edir.

İldə 30 milyon şitilin istehsal olunacağı təsərrüfatda 30 nəfər işlə təmin olunub. İstixananın məhsulları yerli bazarda satışa çıxarılacaq.

İstixananın açılış mərasimində Kvemo Kartli bölgəsinin rəhbər şəxsləri, Marneuli rayonunun icra başçısı Temur Abazov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR